Aftandil Hacıyev: "Ola bilər ki, "Keşlə”yə qarşı oyunumuz daha yaxşı alınır"

Aftandil Hacıyev: "Ola bilər ki, "Keşlə”yə qarşı oyunumuz daha yaxşı alınır"

"Hər iki komandanın ifasında maraqlı oyun izlədik. Bu mövsüm fərqli "Keşlə” görürük. Həm az qol buraxır, həm də nəticəyə oynayır”.

 

Fanat.Az xəbər verir ki, bunu "Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

 

O, Azərbaycan Premyer Liqasının XVI turunda "Keşlə” ilə keçirilən oyunun ardından ənənəvi mətbuat konfransına qatılıb. Hacıyev 1:0 hesablı səfər qələbəsindən danışıb: "Rəqibi yaxşı təhlil etmişdik. Hansı boşluqları olduğunu bilirdik. Uşaqlar da bu plan üzrə oynadılar. İlk hissədə istədiyimiz kimi oynadıq, qol vura bilmədik. Ümumilikdə yaxşı çıxış etdik. Rəqibin heyətində təcrübəli oyunçular var. Amma komandamız getdikcə oyununu yaxşılaşdırır”.

- Qış fasiləsindən öncəki, güclü heyətlə qələbə üzünə həsrət qalmışdız. İndi gənclərlə daha yaxşı görünürsüz. Səbəb nədi? - Gedən oyunçular yaxşı futbolçular idi. Sadəcə, durumla əlaqədar onları saxlaya bilmədik. İndi heyətə qatdığımız oyunçuları yaxşı tanıyıram. Onlara da güvənmək lazımdır. Çalışırıq, o güvəni onlara verək. Bu gün həm gənclər, həm də təcrübəlilər yaxşı çıxış etdilər. Amma o demək deyil ki, bu bizim maksimumuzdur. Heyətdə daha yaxşı oynamağa qadir oyunçularımız var.

- Sozcə, gənclər gedən təcrübəlilərlə müqayisədə maliyyəni yox, oyunu düşünür? - Xeyr. Maliyyə futbolun tərkib hissəsidir. Bizimlə qalanlarla davam edirik.

- Ruslan və Fəhminin durumu necədi? - Ruslanın dizində problem var idi. Çalışırıq ki, ondan ehtiyatlı istifadə edək. Fəhmində isə ciddi zədə olmamalıdır. Bu gün bütün oyunçularımız yoruldu. 5 gün ərzində süni örtükdə iki güclü komanda ilə qarşılaşdıq. Növbəti oyuna qədər istirahət etməyə, hazırlaşmağa vaxt var.

- "Keşlə”yə qarşı yaxşı oynayırsız. Belə çıxır ki, onların zəif cəhətlərini yaxşı bilirsiz? - Elə oyunlar olub ki, qələbəmizi hakimlər əlimizdən alıb. Ola bilər ki, "Keşlə”yə qarşı oyunumuz daha yaxşı alınır. Hərçənd təsadüf də ola bilər.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər