Aftandil Hacıyev: "Kitanovski olduqca ciddi cəza alacaq"

Aftandil Hacıyev: "Kitanovski olduqca ciddi cəza alacaq"

"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə "Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Əvvəldən bilinirdi ki, hər iki komanda gərgin mübarizə aparacaq. Fikrimcə, eyni səviyyədəyik. Hərçənd, Premyer Liqanın turnir cədvəlində fərqli yerlərdəyik. Maraqlı matça şahid olduq.

 

- Cavab görüşündən nə gözləyirsiniz?

- Oyunun böyük hissəsini azlıqda keçirsək də, yaxşı mübarzə apardıq. Hətta 10 nəfərlə 2-3 qol imkanımız oldu. Qapıçımız Emil Balayevin penalti qurtarışı bizə ümid verir ki, ikinci oyunda daha gərgin mübarizə gözləyək. Mərhələ keçmək şanslarımız qalır. Futbolçularımın fiziki hazırlığından çox razıyam. Ancaq nizam-intizamı pozduqlarına, yersiz vərəqələr aldıqlarına görə bəzi futbolçuları cərimələyəcəyik. Eyni futbolçuların hər dəfə vərəqə alması bizi narahat edir. Gərək bu cür hallar daha olmasın.

- Belə başa düşdük ki, mövsümdə 2-ci dəfə qırmızı vərəqə alan makdoniyalı legioneriniz Tome Kitanosvki ağır cəzalanacaq... - Kitanovski olduqca ciddi cəza alacaq. Həm qırmızı vərəqənin cəriməsi olacaq, həm də əlavə. Kitanosvki artıq ayılmalıdı. Onun bu qədər vərəqə alması təsadüf ola bilməz.

- Ölkə mətbuatında qış fasiləsində postunuzdan gedəcəyinizlə bağlı xəbər yayılıb. Bununla bağlı nə deyə bilərsiz? - Bu haqda heç bir şey deyə bilmərəm. Kimsə yazıbsa, bilmirəm hardan yazıb bu məlumatı. Burdayam, işimi davam etdirirəm. Bundan sonra nə baş verəcəksə, onu zaman göstərəcək. (Sportnet)

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər