Açılış oyununda 3 qol

Açılış oyununda 3 qol
Bu gün keçirilən bir oyunla I divizionda XIII tura start verilib. Fanat.Az xəbər verir ki, turun açılış matçında "Sabah” və "Şüvəlan” komandaları üz-üzə gəliblər.
 
Binə qəsəbə stadionunda baş tutan görüşdə ev sahibləri qələbə qazanıblar. Oyun "Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Turun sabah keçiriləcək digər matçlarında "Qaradağ Lökbatan” "Mil-Muğan”la, "Ağsu” "Turan Tovuz”la, MOİK "Xəzər”lə, "Binə” isə "Zaqatala” ilə üz-üzə gələcək.
 
I divizion
XIII tur
7 dekabr
Sabah - Şüvəlan 2:1
Qollar: Elşad Manafov, 2; Eltun Hüseynov, 28 - Şahin Əliyev, 88)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər