AÇ: U-19 və U-17-nin rəqibləri bilindi

AÇ: U-19 və U-17-nin rəqibləri bilindi

Bu gün 19 və 17 yaşadək qadın futbolçular arasında 2023-cü ildə keçiriləcək Avropa çempionatlarının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Azərbaycanın U-19 millisi 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr yığmaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək.

Qeyd edək ki, milli komandamız B liqasında qərarlaşıb. AÇ-nin final mərhələsi 2023-cü ildə Belçikada təşkil olunacaq. 

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi isə B liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb.

Bu qrupun oyunları bu il 1 avqust – 20 noyabr tarixlərində Slovakiyada keçiriləcək. 17 yaşlılar arasında AÇ-nin final mərhələsi gələn il Estoniyada təşkil olunacaq. 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi isə final mərhələsinə vəsiqə əldə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər