Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Fanat.Az xəbər verir ki, seçməmiz A qrupundakı beşinci görüşünü Avstriyaya qarşı keçirib. Rəqibini “Bakcell Arena”da qəbul edən yığmamız Avstriyada 0:6 hesabıyla uduzduğu komandaya "asan yem" olmadığını göstərməyə çalışıb. Milan Obradoviçin yetirmələri bu dəfə 3 cavabsız qolla yenilib. Təmsilçimiz əvvəlki oyunlarında Xorvatiyaya səfərdə 0:2, evdə 1:5, Avstriyaya qonaq qismində 0:6 hesabı ilə uduzub. Hesabında 1 xal olan millimiz bunu Finlandiya ilə Bakıdakı matçda qazanıb - 1:1. AÇ-2023-ün seçmə mərhələsi A qrupu 12 noyabr Azərbaycan - Avstriya 0:3
Qollar: Aivu, 42. Şmid, 72-pen.; 75 Baş hakim: Miloş Milanoviç (Serbiya). Bakı. “Bakcell Arena”.