3 komandaya texniki məğlubiyyət verildi

3 komandaya texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası baş tutub. 
Fanat.Az xəbər verir ki, komitə 3 komanda ilə bağlı sərt qərar qəbul edib.
Region Liqasının "Qardaşlar” – "Uğur” görüşündə ikincilər iştirak etmədiyindən, 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
U-13 Qızlar Liqasının "Amasiya” – "White City” oyununda "White City”nin heyətində yetər say limitinin pozulması 0:3 hesablı texniki məğlubiyyətə səbəb olub.
Futzal üzrə Azərbaycan liqasının I dəstəsinin "Zirvə Bakı” – "Çinar Cəbrayıl” qarşılaşmasında isə "Zirvə Bakı” təyin olunan vaxtda meydanda olmadığından, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər