Təbriz klublarından bərabərlik

Təbriz klublarından bərabərlik
İran çempionatında 16-cı turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor”la "Maşinsazi” də növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Naft MİS” ilə qarşılaşıb. "Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
"Maşinsazi” isə doğma meydanda "Şahr Xodru” ilə ev oyununda heç-heçəyə razılaşıb - 1:1.
 
16 turdan sonra 23 xalı olan "Traktor” 16 kollektiv arasında 8-ci, 8 xala malik "Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər