Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı
Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya” səfərdə "Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 52-ci dəqiqədə sarı vərəqə alıb.
 
Qeyd edək ki, "Aleksandriya” 12 turdan sonra 16 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər