Zorlanan gimnastlar üçün 1,3 milyon dollar

Zorlanan gimnastlar üçün 1,3 milyon dollar

ABŞ Milli Olimpiya Komitəsi zorakılığa məruz qalan gimnastlara dəstək fonduna 1,3 milyon dollar köçürəcək.

 

Fanat.Az-ın məlumatına görə, ölkənin Gimnastika Federasiyasının təsis etdiyi fonda yatırılan maliyyə idmançıların müdafiəsi proqramı çərçivəsində həyata keçib.

 

Bu vəsait seksual zorakılıqdan əziyyət çəkən gimnastlara veriləcək. Həmçinin onların psixoloqları da maaşla təmin ediləcəklər.

 

 

ABŞ Milli Olimpiya Komitəsindən yeni bir fondun yaradılacağı da bildirilir. İlin sonunda fəaliyyətə başlayacaq qurum digər idman növlərində də eyni problemlə üzləşən idmançılara dəstək verəcək.

 

Qeyd edək ki, ötən il 200-dən artıq gimnast ABŞ millisinin sabiq həkimi Larri Nassar tərəfindən zorlandığını açıqlamışdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər