Zlatan İbrahimoviçə vəzifə verildi

Zlatan İbrahimoviçə vəzifə verildi

"Milan" sabiq hücumçusu Zlatan İbrahimoviçə vəzifə verib.

Fanat.Az xəbər verir ki,  42 yaşlı İbra İtaliya nəhənginin idarəçilərinin əməliyyat ortağı və baş məslətçisi qismində fəaliyyət göstərəcək.

Zlatan peşəkar futbolçu karyerasını bu yay bitirib. Karyerası ərzində "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", PSJ, "Mançester Yunayted", "Los-Anceles Qelaksi" və "Milan"da çıxış edən isveçli ümumilikdə 819 matça çıxıb. O, bu qarşılaşmalarda 493 qol, 201 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər