Zəfər Gününə həsr olunan ölkə birinciliyi keçirilir

Zəfər Gününə həsr olunan ölkə birinciliyi keçirilir

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib. 

Fanat.Az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü  70-ə yaxın idmançı bacarığını göstərir. 

Birinciliyin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlarda vətənpərvərlik  hissinin aşılanmasıdır. İki gün davam edəcək yarışlar həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyətlidir. 

Qeyd edək ki, fərqlənən idmançılara AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər