Stolüstü tennisçilərimiz Polşaya yollandılar

Stolüstü tennisçilərimiz Polşaya yollandılar
Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Fanat.Az xəbər verir ki, məlumatı Stolüstü Tennis Federasiyası yayıb.
Oktyabrın 18-dən etibarən Polşanın Zeleno Qura şəhərində təşkil olunacaq hazırlıq prosesində komandanın baş məşqçisi Mixail Timofeyevin (Mikhail Timofeyev) rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Aylin Əsgərova iştirak edəcək.
Təlim-məşq toplanışının əsas məqsədi idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir.
Toplanışa oktyabrın 31-də yekun vurulacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər