Özbək hücumçu "canavar" ola bilmədi

Özbək hücumçu "canavar" ola bilmədi

İtaliyanın "Roma" klubu yay transfer pəncərəsində məyus olduğu 27 yaşlı hücumçusu Eldor Şomurodovu satmaq qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. 

Özbəkistan millisinin hücumçusu komandanın baş məşqçisi Joze Mourinyunu mövsümöncəsi təlim-məşq toplanışında sərgilədiyi performansla məyus edib. Don Joze artıq sözügedən futbolçunun heyətdə yer almayacağını açıqlayıb. 

Xəbərə görə, Şomurodovla Rusiyanın bir neçə klubu maraqlanır.

Xatırladaq ki, İtaliya çempionatına keçməzdən əvvəl özbək forvardla Moskvanın MOİK klubu maraqlanmışdı.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər