Zanenin "Bayern"dəki aqibəti necə olacaq? - Özü dedi

Zanenin "Bayern"dəki aqibəti necə olacaq? - Özü dedi

"Bayern Münhen"in vingeri Leroy Zane komandadakı gələcəyinin necə olacağından danışıb.

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun dediklərini belə çatdırıb:

"Gələcəyim bir neçə faktordan asılıdır. Klub rəhbərliyi ilə danışıq aparırıq. Ola blsin ki, gələn həftə danışıqlar intensivləşəcək. Ancaq indi bu haqda o qədər də çox düşünmürəm. Qarşıda bizi "Arsenal"la çətin oyun gözləyir. Hazırda bu matça köklənmişəm".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 37 matça çıxan Zane 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 28 yaşlı oyunçunun "Bayern"lə indiki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər