"Yorğunluq səbəbindən müdafiəyə çəkilmişdik" - Elmar Baxşıyev

"Yorğunluq səbəbindən müdafiəyə çəkilmişdik" - Elmar Baxşıyev

"Uzun müddətdir rəsmi oyuna çıxmırdıq, matçın çətin keçəcəyini bilirdik".

Fanat.Az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, meydanda daim topa nəzarət edən komanda görmək istəyir: "Cütün taleyi hələ həll olunmayıb. Faiz nisbəti ilə dəyərləndirmək mümkün deyil. Komandamız düşündüyümüzdən daha artığını meydanda verdi. Qarşıdakı oyunlarda daha yaxşı olacaq".

O, matçın sonlarında meydan sahiblərinin təzyiqinin normal olduğunu söyləyib: " Həm bu, həm də yorğunluq səbəbindən müdafiəyə çəkilmişdik. Patrik Robson komandaya qoşulduqdan sonra hücumda daha kəsərli olacağıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər