Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv 2014-cü il Dünya Çempionatındakı qələbədən sonra keçirdiyi hissləri xatırlayıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "ARD Wir Weltmeister"-ə danışan alman mütəxəssisi belə deyib:

“Sözlə təsvir etmək çətindir. O an tək qalmaq istədim. Hər yerdə çox adam olduğu üçün tualetə qaçıb qapını bağladım. Anlamaq istəyirdim ki, bu, reallıqda baş verib, yoxsa yuxudur”. 

Xatırladaq ki, DÇ-2014-ün final oyununda Almaniya yığması Argentina ilə qarşılaşıb. Əsas vaxt 0:0 hesabı ilə heç-heçə başa çatıb və əlavə vaxtda almanlar Mario Götzenin qolu sayəsində qələbə qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər