Yığmamızın ənənəvi turnir üçün heyəti açıqlandı

Yığmamızın ənənəvi turnir üçün heyəti açıqlandı

Fanat.Az xəbər verir ki, yığma səfərə 10 idmançı ilə yollanacaq.

Onlardan 6-sı kişi, 4-ü isə qadın atıcıdır. İradə Aşumova və Xanım Astanovanın rəhbərliyi altında Elvin Astanov, Üzeyir Tapdıqlı, Rəsul Məmmədov, Ramiz Xəlilov, İmran Qarayev, Vladislav Kalmıkov, Xanna Əliyeva, Nəzrin Abbaslı, Leyli Əliyeva və Zeynəb Sultanova pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.

2024 H&N Kuboku yanvarın 23-28-i aralığında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər