Azərbaycan idmançısı qızıl medal qazandı

Azərbaycan idmançısı qızıl medal qazandı

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Menniku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti uğura imza atıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Atıcılıq Federasiyasının (AAF) mətbuat xidməti yayıb.

O, 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda qızıl medal qazanıb.

Lunyov təsnifat mərhələsində 583 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər