Ruslan Lunyov növbəti dəfə qızıl medal qazanıb

Ruslan Lunyov növbəti dəfə qızıl medal qazanıb

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Menniku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, atıcımız bu dəfə 25 metr standart tapança yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.

Bununla da o, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər