Yığmamızın Avstriya ilə oyunu yunanlara tapşırıldı

Yığmamızın Avstriya ilə oyunu yunanlara tapşırıldı

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Fanat.Az xəbər verir ki, UEFA Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya Yunanıstandan olan briqadanı təyin edib.

Matçı Aristotelis Diamantopulos idarə edəcək. Ona Konstantinos Psarris və Andreas Meintanas kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

Published in Azərbaycan futbolu,

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər