Yığmamız dünya reytinqində ikinci pilləyə yüksəldi

Yığmamız dünya reytinqində ikinci pilləyə yüksəldi

Azərbaycan minifutbol millisi dünya reytinqində ikinci yerə yüksəlib.

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda 3 pillə irəliləyərək buna nail olub.

Yığmamızın hesabında 3000 xal var. Dünya Minifutbol Federasiyasının (WMF) açıqladığı yeni reytinq cədvəlinə 4125 xalla Rumıniya başçılıq edir. İlk “üçlüy”ü Macarıstan (2600 xal) qapayır.

Rumıniya son dünya, Azərbaycan isə Avropa çempionudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər