Xorvat ulduz milli karyerasını bitirdi

Xorvat ulduz milli karyerasını bitirdi
İspaniyanın "Sevilya” klununun yarımmüdafiəçisi İvan Rakitiç Xorvatiya millisindəki gələcəyi ilə bağlı qərarını açıqlayıb.
 
Fanat.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yığma karyerasını başa vurub.
 
Məlumatı millinin mətbuat xidməti açıqlayıb. Təcrübəli futbolçu millidən ayrılmasını "karyerasındakı ən çətin qərar” adlandırıb.
 
Rakitiç 2007-ci ildən Xorvatiya seçməsində çıxış edirdi. Bu forma ilə 106 oyun keçirən futbolçu 15 qol vurub. O, 2018-ci il dünya çempionatında gümüş medal qazanıb.
 
2014-cü ildən "Barselona”nın uğurları üçün çalışan Rakitiç, bu yay Kataloniya təmsilçisini əvvəlki klubu "Sevilya”ya dəyişib. O, daha öncə "Bazel” və "Şalke”nin də uğurları üçün çalışıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər