Ximenesdən 30 saniyəlik ilk

Ximenesdən 30 saniyəlik ilk

Dünən İPL-in 16-cı turu çərçivəsində keçirilən "Mançester Siti" - "Vulverhempton" oyunu zamanı "canavarlar"ın hücumçusu Raul Ximenes maraqlı epizodla yadda qalıb. Fanat.Az xəbər verir ki, "Vulverhempton"un meksikalı hücumçusu cəmi 30 saniyəyə 2 sarı, nəticədə qırmızı vərəqə alıb.

Belə ki, oyunun birinci hissəsinə əlavə olunmuş vaxtda 30 yaşlı hücumçu yarımmüdafiədə kobudluğa görə ilk xəbərdarlığını alıb. Daha sonra meksikalı futbolçu "şəhərlilər"in yarımmüdafiəçisi Rodrinin cərimə zərbəsini yerinə yetirməsinə mane olub və bu səbəbdən hakim Conatan Moss ona ikinci sarı vərəqəni göstərib.

Qeyd edək ki, Ximenes İPL-də ilk dəfə meydandan qovulub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər