Türkiyə I Liqa klubu "Keçiörengücü" 3 aylıq fasilədən sonra doğma stadionuna qayıdıb.
Fanat.Az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi Ankara təmsilçisi Aktəpə stadionunun ot örtüyünün dəyişdirilməsi səbəbindən oyunlarını burda keçirə bilmirdi.
Daha əvvəl sintetik örtüklü olan stadionunun meydanı təbii qazonla əvəzlənib. "Keçiörengücü 3 aydan sonra öz sahəsində ötən gün axşam ilk məşqini edib.
Məşqdən əvvəl isə stadionun yenidən komandanın ixtiyarına verilməsi münasibətilə tədbir keçirilib. Klub prezidenti Sədat Tahiroğlu, texniki heyət və futbolçuların qatıldığı açılışda qurban kəsilib. Klub rəhbəri açılışda qısa nitq söyləyərək "3 aydan sonra öz evimizə qayıtmağımızdan çox xoşbəxtik və düşünürəm ki, bu dönüş liqadakı performansımıza da təsir edəcək. Bütün camiyəmizə xeyirli olsun. Azarkeşlərimizi oyunlarımızda gözləyirik".
Paytaxt təmsilçisi daha sonra baş məşqçi İlkər Pürenin rəhbərliyi altında yeni meydanda "Kocaelispor"la matçın hazırlıq məşqinə çıxıb.
Mirağa