Vüqar Həşimov Memorialı: "Şah" liderlərə qalib gəldi

Vüqar Həşimov Memorialı: "Şah" liderlərə qalib gəldi

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti qarşılaşmalar baş tutub.

Fanat.Az xəbər verir ki, altıncı turda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov turnir cədvəlinin lideri macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. İlk partiyada rəqibindən üstün olan 36 yaşlı qrossmeysterimiz cavab oyununda heç-heçə edib və beləliklə, görüşü qələbə ilə başa vurub.

Rauf Məmmədov çexiyalı David Navaranı iki oyunun nəticəsində üstələyib - 1,5:0,5. Vüqar Əsədli isə rusiyalı Sergey Karyakinə eyni hesabla uduzub.

Rapid mərhələsinin son - yeddinci turunda Məmmədyarov Fabiano Karuananı, Əsədli hindistanlı Vişvanatan Anandı üstələyib. Məmmədov isə Karyakinə uduzub.

Qeyd edək ki, dekabrın 22-23-də turnirdə blits qarşılaşmaları keçiriləcək. Qalib hər iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.

Vüqar Həşimov Memorialı Rapid mərhələsi

VI tur Şəhriyar Məmmədyarov - Rixard Rapport (Macarıstan) - 1,5:0,5 (1:0, 0,5:0,5) David Navara (Çexiya) - Rauf Məmmədov - 0,5:1,5 (0,5:0,5, 0:1) Sergey Karyakin (Rusiya) - Vüqar Əsədli - 1,5:0,5 (1:0, 0,5:0,5) Vişvanatan Anand (Hindistan) - Fabiano Karuana (ABŞ) - 0,5:1,5 (0:1, 0,5:0,5)

VII tur Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmmədyarov - 0,5:1,5 (0:1, 0,5:0,5) Vüqar Əsədli - Vişvanatan Anand (Hindistan) - 1,5:0,5 (1:0, 0,5:0,5) Rauf Məmmədov - Sergey Karyakin (Rusiya) - 0,5:1,5 (0,5:0,5, 0:1) Rixard Rapport (Macarıstan) - David Navara (Çexiya) - 1,5:0,5 (1:0, 0,5:0,5)

Xal durumu: Rixard Rapport, Sergey Karyakin - 16, Şəhriyar Məmmədyarov, Fabiano Karuana - 14,  Rauf Məmmədov - 9, David Navara - 8, Vüqar Əsədli - 4, Vişvanatan Anand - 3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər