Vüqar Həşimov Memorialında son gün: Məmmədyarov Navaraya qarşı

Vüqar Həşimov Memorialında son gün: Məmmədyarov Navaraya qarşı

Bu gün Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, sonuncu yarış günündə bilts üzrə daha 7 tur oynanılacaq. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov öncə çexiyalı David Navara ilə üz-üzə gələcək.

Rauf Məmmədov Vişvanatan Anandın (Hindistan), Vüqar Əsədli Fabiano Karuananın (ABŞ) müqavimətini qırmağa çalışacaq.

Vüqar Həşimov Memorialı Blits mətnələsi

VIII tur

Şəhriyar Məmmədyarov - David Navara (Çexiya) Rauf Məmmədov - Vişvanatan Anand (Hindistan) Vüqar Əsədli - Fabiano Karuana (ABŞ) Rixard Rapport (Macarıstan) - Sergey Karyakin (Rusiya)

Qeyd edək ki, hazırda 20,5 xala malik olan Rixard Rapport turnir cədvəlinə başçılıq edir. Məmmədyarov 19 xalla ikinci, Karuana 18,5 xalla üçüncüdür. 18 xalı olan Karyakin dördüncü pillədə qərarlaşıb. Navara 11 xalla beşinci, Məmmədov 10,5 xalla altıncı, Əsədli 8 xalla yeddinci sırada qərarlaşıb. Anand isə 5,5 xalla sonuncudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər