Vüqar Həşimov Memorialında blits mərhələsi başlayır

Vüqar Həşimov Memorialında blits mərhələsi başlayır

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.

Fanat.Az xəbər verir ki, iştirakçılar yarışın son iki günündə blits üzrə mübarizə aparacaqlar.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda çexiyalı David Navara ilə, Rauf Məmmədov hindistanlı Vişvanatan Anandla üz-üzə gələcək. Vüqar Əsədli isə ABŞ qrossmeysteri Fabiano Karuana ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu gün ümumilikdə 7 tur oynanılacaq.

Vüqar Həşimov Memorialı Blits mərhələsi

I tur

David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli Sergey Karyakin (Rusiya) - Rixard Rapport (Macarıstan)

Xal durumu: Rixard Rapport, Sergey Karyakin - 16, Şəhriyar Məmmədyarov, Fabiano Karuana - 14,  Rauf Məmmədov - 9, David Navara - 8, Vüqar Əsədli - 4, Vişvanatan Anand - 3.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər