“Vüqar Həşimov Memorialı”: Şəhriyar yenə qələbəsiz qaldı

“Vüqar Həşimov Memorialı”: Şəhriyar yenə qələbəsiz qaldı

“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə rapid növü üzrə 4, 5 və 6-cı turun qarşılaşmaları baş tutub.

Azərbaycan təmsilçilərindən Rauf Məmmədov 1 qalibiyyət, 2 heç-heçə əldə edib. Şəhriyar Məmmədyarov yenə qələbəyə həsrət qalıb. “Şah” bu gün keçirdiyi hər 3 görüşü sülhlə başa vurub.

4-cü tur Rauf Məmmədov - Valeho Pons (İspaniya) - 0,5:0,5 Aydın Süleymanlı - Qukeş Dommaracu (Hindistan) - 0:1 Şəhriyar Məmmədyarov - Riçard Rapport (Rumıniya) - 0,5:0,5 Abdulla Qədimbəyli - Nodirbek Abdusattorov (Özbəkistan) - 0,5:0,5 Van Hao (Çin) - Semuel Şenklend (ABŞ) - 1:0

5-ci tur Semuel Şenklend (ABŞ) - Rauf Məmmədov - 0:1 Nodirbek Abdusattorov (Özbəkistan) - Van Hao (Çin) - 0,5:0,5 Riçard Rapport (Rumıniya) - Abdulla Qədimbəyli - 0,5:0,5 Qukeş Dommaracu (Hindistan) - Şəhriyar Məmmədyarov - 0,5:0,5 Valyexo Pons (İspaniya) - Aydın Süleymanlı - 0,5:0,5

6-cı tur Rauf Məmmədov - Aydın Süleymanlı - 0,5:0,5 Şəhriyar Məmmədyarov - Valeho Pons (İspaniya) - 0,5:0,5 Abdulla Qədimbəyli - Qukeş Dommaracu (Hindistan) - 1:0 Van Hao (Çin) - Riçard Rapport (Rumıniya) - 0,5:0,5 Semuel Şenklend (ABŞ) - Nodirbek Abdusattorov (Özbəkistan) - 0:1

6 turdan sonra Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 10 xalla liderdir. Ondan 1 xal geri qalan Rauf Məmmədov ikinci sıradadır. Çinli Van Hao 8 xalla 3-cü, ispaniyalı Valyexo Pons 7 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 5 xalı olan Rapport, Məmmədyarov, Qədimbəyli və Dommaracu 5-8-ci yerləri bölüşdürürlər. Şenklend 4 xalla 9-cu, Süleymanlı isə 2 xalla sonuncu - 10-cu pillədə yer alıb.

Turnirə dekabrın 24-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər