Bu gün “Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinə start verilib.
Fanat.Az xəbər verir ki, birinci oyun günündə rapid növündə ilk üç turun görüşləri baş tutub.
Azərbaycan təmsilçilərindən Rauf Məmmədov iki qələbə, bir heç-heçə əldə edib. Şəhriyar Məmmədyarov iki qarşılaşmada bərabərliyə razılaşsa da, üçüncüdə uduzub.
Aydın Süleymanlı hər üç görüşündə məğlub olub, Abdulla Qədimbəyli isə bir heç-heçə ilə kifayətlənib.
Yarış dekabrın 24-də başa çatacaq. Hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 6 xalla liderdir. Rauf Məmmədov 5 xalla ikinci sıradadır. ABŞ-dan olan Semuel Şenklend, ispaniyalı Valeho Pons və çinli Van Hao 4 xalla növbəti pillələrdə qərarlaşıblar. Rumıniyanı təmsil edən Riçard Rapport, Şəhriyar Məmmədyarov və hindistanlı Qukeş Dommaracunun 2 xalı var. Abdulla Qədimbəyli 1 xalla 9-cu, xalı olmayan Aydın Süleymanlı isə sonuncu yerdədir.
1-ci tur Abdulla Qədimbəyli - Rauf Məmmədov - 0:1 Van Hao (Çin) - Şəhriyar Məmmədyarov - 0,5:0,5 Semuel Şenklend (ABŞ) - Aydın Süleymanlı - 1:0 Nodirbek Abdusattorov (Özbəkistan) - Valeho Pons (İspaniya) - 1:0 Riçard Rapport (Rumıniya) - Qukeş Dommaracu (Hindistan) - 1:0
2-ci tur Valeho Pons (İspaniya) - Riçard Rapport (Rumıniya) - 1:0 Şəhriyar Məmmədyarov - Semuel Şenklend (ABŞ) - 0,5:0,5 Rauf Məmmədov - Qukeş Dommaracu (Hindistan) - 1:0 Aydın Süleymanlı - Nodirbek Abdusattorov (Özbəkistan) - 0:1 Abdulla Qədimbəyli - Van Hao (Çin) - 0:1
3-cü tur Riçard Rapport (Rumıniya) - Aydın Süleymanlı - 1:0 Semuel Şenklend (ABŞ) - Abdulla Qədimbəyli - 0,5:0,5 Nodirbek Abdusattorov (Özbəkistan) - Şəhriyar Məmmədyarov - 1:0 Van Hao (Çin) - Rauf Məmmədov - 0,5:0,5 Qukeş Dommaracu (Hindistan) - Valeho Pons (İspaniya) - 0:1