Qəbələdə “Vüqar Həşimov Memorial-2023” superturnirinə start verilib.
Fanat.Az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində başlayan yarışda rapid üzrə ilk 3 turun partiyaları oynanılıb.
İki qələbə və bir heç-heçəyə imza atan Nicat Abasov 5 xalla turnir cədvəlinə başçılıq edir.
1-ci tur Nicat Abasov (Azərbaycan) - Yorden Van Forest (Niderland) 0,5:0,5 Vidit Santoş (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5 Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rixard Rapport (Rumıniya) 0,5:0,5 Boris Qelfand (İsrail) - Arjun Eriqaisi (Hindistan) 0,5:0,5 Aydın Süleymanlı (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) 0:1
2-ci tur Arjun Eriqaisi - Rauf Məmmədov 0,5:0,5 Teymur Rəcəbov - Aydın Süleymanlı 0,5:0,5 Yorden Van Forest - Vidit Santoş 0,5:0,5 Rixard Rapport - Nicat Abasov 0:1 Boris Qelfand - Şəhriyar Məmmədyarov 0:1
3-cü tur Şəhriyar Məmmədyarov - Arjun Eriqaisi 0:1 Nicat Abasov - Boris Qelfand 1:0 Vidit Santoş - Rixard Rapport 1:0 Aydın Süleymanlı - Yorden Van Forest 1:0 Rauf Məmmədov - Teymur Rəcəbov 0,5:0,5
Xal durumu: Nicat Abasov – 5 xal, Vidit Santoş, Arjun Eriqaisi, Rauf Məmmədov – hamısı 4, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı – hamısı 3, Yorden Van Forest – 2, Rixard Rapport, Boris Qelfand – hər ikisi 1.