Volkan Dəmirəl istefa verdi

Volkan Dəmirəl istefa verdi

Türkiyənin Super Liqa klubu “Fatih Karagümrük” baş məşqçi Volkan Dəmirəllə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klub açıqlama yayıb. 

Dəmirəlin Super Liqa klubu ilə hələ iki illik müqaviləsi olmasına baxmayaraq, o, postunu vaxtından əvvəl tərk edib.

“Fatih Karagümrük” son mövsümdə Super Liqanı 57 xalla 8-ci pillədə başa vurub. Türkiyə millisinin sabiq qapıçısı baş məşqçi postuna gələrkən 11-ci yerdə olan komanda mövsümü 8-ci pillədə başa vurub. Həmçinin, Volkan Dəmirəl "Fatih Karagümrük"ü 1/4 finala yüksəldib. Onun rəhbərliyi altında komanda 25 matçda 12 qələbə qazanıb və 5 görüşdə heç-heçə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər