Vlahoviçi təhqir və təhdid etdilər

Vlahoviçi təhqir və təhdid etdilər

"Fiorentina" azarkeşləri Duşan Vlahoviçin "Yuventus"a keçəcəyi ilə bağlı yayılan məlumatlara kəskin reaksiya göstəriblər.

Fanat.Az xəbər verir ki, klubun ev oyunlarını keçirdiyi "Artemio Françi" stadionunun önündə təhqiredici sözlər yazılmış pankart asılıb. 

Pankartlarda serbiyalı hücumçunun ünvanına “Hörmət qol vurmaqla qazanılmır. Vlahoviç zəhmli bir trolldur”, “Mühafizəçilərin həyatını xilas etməyəcək. Qaraçı, sənin üçün hər şey bitdi!”, “Tezliklə görüşənədək, axmaq adam”, “Vlahoviç axmaq qaraçıdır!”, “Vlahoviç sən qaraçısan!” sözləri yazılıb. 

Qeyd edək ki, mətbuatda yaxın saatlarda Vlahoviçin "Yuventus"a keçəcəyi haqda xəbərlər yayılıb.

Xatırladaq ki, bir müddət öncə futbolçu "Fiorentina" ilə 2023-cü ilin yayına qədər qüvvədə olan müqaviləsinin müddətini uzatmayacağını açıqlamışdı.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər