Vitse-çempion karyerasını bitirib

Vitse-çempion karyerasını bitirib

Futbol üzrə Fransa milli komandasının və “Bordo” klubunun müdafiəçisi Loran Koselni karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, fransalı futbolçu bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib.

AÇ-2016-nın gümüş mükafatçısı 36 yaşında futbolçu karyerasını bitirməyə qərar verib.

Koselni 2019-cu ilin avqustundan “Bordo”da çıxış edirdi. Ölkəsində “Genqam, “Tur” və “Loryan” klublarının da şərəfini qorumuş müdafiəçi, daha çox London “Arsenal”ındakı çıxışı ilə tanınıb. O, 2010-2019-cu illərdə İngiltərə klubunun şərəfini qoruyub. Koselni Fransa millisində 51 oyuna 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər