Vilayət Eyvazov tanınmış idmançıya vəzifə verdi

Vilayət Eyvazov tanınmış idmançıya vəzifə verdi
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Fanat.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə çalışan polis mayoru Qara Abdullayev nazirin müvafiq əmri ilə Nəsimi Rayon DYP Şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi vəzifəsindən azad edilən Qəhrəman Qələndərovun oğludu. V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdü. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər