"Vətənim adına ilkə imza atdığım üçün çox şadam" - Günay Məmmədzadə

"Vətənim adına ilkə imza atdığım üçün çox şadam" - Günay Məmmədzadə

"Vətənim adına ilkə imza ataraq Avropa çempionatının gümüş medalını qazandığım üçün çox şadam"

Fanat.Az xəbər verir ki, bunu Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında gümüş medal qazanan Azərbaycan şahmatçısı Günay Məmmədzadə şəxsi "Facebook" səhifəsində yazıb.

22 yaşlı iti zəka sahibi yarış ərzində hər kəsin dəstəyini hiss etdiyini bildirib: "Hər birinizə təşəkkür edirəm. Yola davam".

Qeyd edək ki, Azərbaycanın digər qadın şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionatında bürünc medala sahib olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər