Vasif Durarbəylinin qələbə seriyası qırıldı

Vasif Durarbəylinin qələbə seriyası qırıldı

Şahmat üzrə Azərbaycan çempionatında Vasif Durarbəylinin qələbə seriyası  qırılıb.

Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster altıncı turda Aydın Süleymanlı ilə heç-heçə edib. Hesabında 5,5 xal olan Durarbəyli liderliyini qoruyur.

Onun ən yaxın izləyicisi Məhəmməd Muradlıya qalib gələn Vüqar Əsədli olub. Əsədlinin 4,5, Aydın Süleymanlı, Nicat Abasov və Xəzər Babazadənin 4 xalı var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər