Ötən il dekabrın ortalarında səhhətində yaranan problemə görə 33 yaşında karyerasını başa vuraraq "Barselona"dan ayrılan argentinalı Serxio Aquero ürəyinin adekvat işləmədiyini bildirib.
Fanat.Az ulduz futbolçu sosial mediada azarkeşlərin suallarını cavablandırarkən son durumu ilə bağlı narahatlığını çatdırıb.
"Bəzən düşünürəm ki, nə vaxtsa yenidən qaça biləcəyəmmi? Hiss edirəm ki, ürəyim adekvat işləmir. Futbol oynamağa çalışanda nəfəsim kəsilir”.
Aquero futbol oynaya bilmədiyini etiraf etməyin çox çətin olduğunu əlavə edib:
"Son oyundan sonrakı ilk 15 gün dəhşətli idi. Hər şeyin yaxşı olacağını düşünürdüm, amma xəstəxanaya gələndə məni monitorlarla dolu kiçik bir otaqda qoyub getdikləri zaman pis bir şeyin olduğunu bildim. Xəstəxanada bir gündən sonra əsəbləşdim”.
"Twitter"dəki sağlamlıq hekayəsindən sonra Aquero, koronavirus peyvəndi səbəbiylə ürək problemləri olduğunu açıq şəkildə demədiyi üçün onu "qorxaq" adlandıran bir istifadəçiyə belə cavab verib.
"Niyə bu qədər aqressiv olaq? Bilmirəm, futbolu dayandırmağımızın səbəbi nədir, hələ də bilmirəm. Covid, peyvənd və ya başqa bir şey ola bilərdi. Nə oldusa, artıq oldu. İndi özümə qulluq etməliyəm. Amma bilirəm ki, məndə əvvəllər nəsə olub və onun niyə aktivləşdiyini bilmirəm”.
Mirağa