Usmanov 63 yaşında boşanmaqdan vaz keçdi

Usmanov 63 yaşında boşanmaqdan vaz keçdi

Özbək əsilli rusiyalı iş adamı Əlişir Usmanov ölkənin Bədii Gimnastika Federasiyasının rəhbəri, Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanova ilə boşanma iddiasını geri götürüb.

Fanat.Az "Ria Novosti"yə istinadən xəbər verir ki, Moskvanın Krılatskoye Rayon Məhkəməsinin hakimi boşanma iddiası üzrə icraata xitam verib.

“Mülki iddia üzrə icraat iddiaçının iddialardan imtina etməsi səbəbindən dayandırılmalıdır”, - deyə hakim Boris Safarin qərar verib.

68 yaşlı Əlişir Usmanov və 73 yaşlı İrina Viner-Usmanova 1992-ci ildə ailə qurublar. Onların birgə nigahdan uşaqları yoxdur.

Xatırladaq ki, Əlişir Usmanov 2007-ci ildən 2018-ci ilə qədər Londonun "Arsenal" klubunun sahiblərindən biri olub. Bundan əlavə Usmanov 2008-ci ildən Rusiya Qılıncoynatma Federasiyasının prezidentidir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər