Atletika karyerasını bitirdikdən sonra peşəkar futbolçu karyerasına start verən Useyn Bolt Maltanın "Valletta” klubunun təklifinə cavab verib.
Fanat.Az xəbər verir ki, atletika üzrə 8 qat olimpiya çempionu və dünya rekordçusu 2 illik müqavilə təklifini qəbul etməyib. Bu barədə 32 yaşlı yamaykalı idmançının menecer Riki Simms məlumat verib.
Menecer bildirib ki, Bolt çox sayda təklif alıb, çox sayda klub maraq göstərir: "Əminliklə deyə bilərəm ki, o, karyerasını Maltada davam etdirmək istəmir”.
Qeyd edək ki, Bolt bu ilin avqustunda Avstraliyanın "Sentral Kost Mariners” klubunda debüt edib və dörd gün öncə yoldaşlıq matçında futbolçu karyerasında ilk qollarını vurub. O, hələ hazırkı klubu ilə peşəkar müqavilə bağlamayıb.
Fanat.Az