Ulduzu "Bayern"dən fantastik məbləğ tələb etdi - SON DURUM

Ulduzu "Bayern"dən fantastik məbləğ tələb etdi - SON DURUM

Alfonso Deyvisin "Bayern Münhen"dəki gələcəyi qeyri-müəyyən olaraq qalır. 

Fanat.Az xəbər verir ki, uzun müddətdir "Real Madrid"in maraqlandığı kanadalı müdafiəçinin Almaniya klubunu tərk etməsi real görünür. 

“Bayern and Germany” nəşrinin jurnalisti Kristian Falkın yaydığı məlumata görə, Deyvisi təmsil edən agent Nedal Huose bu yaxınlarda Münhenə səfər edib, lakin yeni müqavilə üzrə danışıqlar uğurlu olmayıb. Futbolçunun nümayəndəsi ümumilikdə 100 milyon avro dəyərində 4 illik müqavilə tələb edib. Buraya oyunçunun agenti üçün 15 milyon avroluq imza bonusu daxildir. "Bayern" 23 yaşlı Deyvisin maliyyə tələbləri ilə razılaşmayıb. 

Kanadalının "Bayern"lə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər