Tyaqo Mendes "Krasnodar" yolunda - SON DURUM

Tyaqo Mendes "Krasnodar" yolunda - SON DURUM
"Krasnodar" "Lion"un braziliyalı yarımmüdafiəçisi Tyaqo Mendeslə maraqlanır.
Fanat.Az "O dia"ya istinadən xəbər verir ki, Fransa təmsilçisi hazırda Mendesi istəyən başqa klubla - "Flamenqo" ilə də danışıq aparır. 
Oyunçunun yaxınları ilə əlaqə quran "Krasnodar"ın nümayəndələri isə bu mübarizədən qalib çıxmağa çalışır.
Tyaqonun özü vətəninə qayıtmaq istəyir. Amma "Lion" Mendesi daha çox pul ödəyəcək kluba satmaqda maraqlıdır. Bu səbəbdən də onun Rusiya təmsilçisinə keçəcəyi istisna olunmur.
Xatırladaq ki, Mendes ötən mövsüm "Lion"da 35 oyun keçirib və iki qolla yadda qalıb. "Transfermarkt" portalı futbolçunun cari transfer dəyərini 15 milyon avro qiymətləndirir.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər