Tuxel pərişandır: "Geriyə addım atdıq"

Tuxel pərişandır: "Geriyə addım atdıq"

"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Almaniya Bundesliqasının 28-ci turunun oyununu - "Hoffenhaym"la heç-heçə etdikləri oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun dediklərini "Bayern & Germany" belə çatdırıb:

"Əlbəttə, ın vacib olan nəticədir, ancaq sərgilədiyimiz futbol da məni pərişan etdi. Çox yavaş oynadıq və səhvlərimizin sayı çox oldu. Oyunda elə zaman kəsiyi oldu ki, 60 saniyə ərzində 6-7 ötürmədə səhvə yol verdik. Məşqlərdə yaxşı enerji hiss etmişdim. Lakin bu qarşılaşma məni təəccübləndirdi. İrəli getmək şansımız olsa da, geriyə addım atdıq".

Qeyd edək ki, Tuxelin rəhbərliyi altında 5 oyuna çıxan "Bayern" bunların ikisində qələbə qazana bilib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər