Turun oyun cədvəli açıqlandı

Turun oyun cədvəli açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Fanat.Az federasiyaya istinadən xəbər verir ki, 2-ci dövrənin IX turunun oyunları martın 3-də baş tutacaq.

Günün ilk qarşılaşmasında saat 14:00-da “Murov”la MOİK üz-üzə gələcək. Bu matçdan 3 saat sonra “Ekspress”– “Sərhədçi” oyununa start veriləcək. Hər iki qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər