"Turan Tovuz"dan növbəti transfer

"Turan Tovuz"dan növbəti transfer

Transfer çalışmalarında fəallıq göstərən "Turan Tovuz" növbəti transferini reallaşdırıb.

Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Qərb təmsilçisi bu dəfə 22 yaşlı Vüsal Məsimovu heyətinə qatıb. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Məsimov "Turan Tovuz"un heyətində 2019/20-ci illər mövsümündə qızıl, 2020/2021-ci illər mövsümündə isə bürünc medallara sahib olub.

O, son olaraq “Kəpəz”də çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər