Tsxadadzenin danışıq apardığı klub məlum oldu

Tsxadadzenin danışıq apardığı klub məlum oldu
Avropa Liqasının təsnifat mərhələsindəki uğursuzluqdan sonra "Kayrat”la yolları ayıran Kaxaber Tsxadadze iyuldan bəri işsizdir.
Fanat.Az xəbər verir ki, bir müddət əvvəl "Neftçi”ni çalışdıracağı deyilən Kaxa yenidən Qazaxıstana qayıda bilər. Onun Pavlodar şəhərini təmsil edən "İrtış”la danışıqlara başladığı haqda məlumatlar yayılıb.
Qazaxıstan mətbuatında yayılan xəbərlərə görə, Tsxadadzeylə yanaşı, "İrtış” rəhbərliyi Valeri Karpinlə də danışıq aparır.
 
"İrtış"ın yeni baş məşqçisinin adı rəsmən dekabrın 15-də açıqlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər