İran çempionatında 2017/18 mövsümü başa çatıb.
Fanat.Az xəbər verir ki, "Traktorsazi" son turda "Fulad"ın (Xuzestan) qonağı olub.Ərtuğrul Sağlamın başçılıq etdiyi təbrizlilər 1:0 hesablı qələbə qazanıb.
30 turda 8 qələbə qazanıb, 10 heç-heçə edib, 12 dəfə uduzan "Traktorsazi" 34 xalla mövsümü 10-cu pillədə başa vurub. Komanda 28 qol vurub, 33-ünü buraxb. Kubokda da mübarizəni 1/4 finalda dayandıran "al qurdlar" qitəmiqyasılı yarışlardan kənarda qalıb.
Cənubi Azərbaycanın digər təmsilçisi "Qostareş" doğma meydanda "Padideh”la qarşılaşıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb.
"Qostareş" 30 oyundan 9-da qələbə qazanıb, 10-da heç-heçə edib və 11-də uduzub. 24 qol vurub 32-sini buraxan komanda 37 xalla mövsümü 9-cu pillədə bitirib. Bu Cənubi Azərbaycan klubu da kubokda mübarizəni 1/4 finalda dayandırıb və qitəmiqyasılı yarışlara vəsiqə qazana bilməyib.
Fanat.Az