"Tobol" uduzdu, Emilin seriyası qırıldı

"Tobol" uduzdu, Emilin seriyası qırıldı
Qazaxıstan çempionatında XVII turun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol” öz meydanında "Astana” ilə qarşılaşıb. 
Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Emil  sonadək mübarizə aparıb. 
Bu məğlubiyyət Balayevin "quru seriyası"na da son qoyub. 25 yaşlı qolkiper bu mövsüm 630 dəqiqə qol buraxmamışdı.
Qeyd edək ki, "Tobol” hazırda "Astana” ilə birgə 38 xalla 12 kollektiv arasında liderliyi bölüşdürür. Ancaq "Tobol" "Astana”dan  2 oyun az keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər