Təcili yardım maşını yubandı, oyun təxirə salınmadı - SƏBƏB

Təcili yardım maşını yubandı, oyun təxirə salınmadı - SƏBƏB

Azərbaycan I Divizionunda 21-ci turun çərçivəsində keçirilən MOİK - "Qaradağ Lökbatan" matçı nəzərdə tutulan vaxtda başlamayıb.

Fanat.Az xəbər verir ki, görüş əvvəlcədən planlaşdırıldığı kimi saat 15:00-da yox, təxminən bir saat gec - 15:52-də start götürüb.

Buna səbəb təcili tibbi yardım maşınının oyunun keçiriləcəyi Binə qəsəbə stadionuna gec gəlməsi olub. 

Əslində, PFL-in əsasnaməsinə görə təcili tibbi yardım maşını 45 dəqiqə müddətində gəlib çıxmasa, matç təxirə salınmalıdır. Bəs oyuna niyə start verilib? 

PFL-in Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasov saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Doğrudur, əsasnamədə möhlət 45 dəqiqə göstərilib. Təcili yardım maşını da məhz həmin müddətdə gəlib çıxıb. Sadəcə, isinmə hərəkətləri, PFL-in və dövlət himninin səsləndirilməsi kimi texniki məsələlərin icrası da bir qədər vaxt apardı və oyun buna görə gec başladı".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər