"Tata Steel Masters": Məmmədyarov ilk qələbəsini qazandı

"Tata Steel Masters": Məmmədyarov ilk qələbəsini qazandı

Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə “Tata Steel Masters” superturniri davam edir.

Fanat.Az xəbər verir ki, bu gün yarışda 4-cü turun görüşləri keçirilib. Əvvəlki partiyalarının hamısını heç-heçə başa vuran 36 yaşlı qrossmeysterimiz bu dəfə Polşa şahmatçısı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib.

Matç Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Ağ fiqurlarla oynayan "Şah" Dünya Kubokunun son qalibini 41-ci gedişdə təslim edib. 

Beləliklə, xalını 2,5-ə çatdıran şahmatçımız yarış cədvəlində 5-ci pilləyə yüksəlib. Onu lider Vidit Santoş Qudjaratidən 0,5 xal ayırır.

Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.

"Tata Steel Masters" IV tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Yan-Kşiştof Duda (Polşa) 1:0 Sem Şenklend (ABŞ) - Rixard Rapport (Macarıstan) 0,5;0,5 Rameşbabu Praqnanandxa (Hindistan) - Nils Qrandelius (İsveç) 1:0 Maqnus Karlsen (Norveç) - Yorden Van Forest (Niderland) 0,5:0,5 Sergey Karyakin (Rusiya) - Aniş Giri (Niderland) 0,5:0,5 Vidit Santoş Qudjarati (Hindistan) - Andrey Yesipenko (Rusiya) 0,5:0,5 Fabiano Karuana (ABŞ) - Daniil Dubov (Rusiya) 0,5:0,5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər