Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.
Fanat.Az xəbər verir ki, bir günlük fasilədən sonra bu gün yarışda 5-ci turun görüşləri baş tutacaq. 36 yaşlı qrossmeysterimiz bu dəfə ev sahibi ölkənin təmsilçisi Yorden Van Forest ilə üz-üzə gələcək. Məmmədyarov turnirin son qalibinə qarşı qara fiqurlarla mübarizə aparacaq.
Hazırda hesabında 2,5 xal olan şahmatçımız yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Onu lider Vidit Santoş Qudjaratidən 0,5 xal ayırır.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters" V tur
Yorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov (Azərbaycan) Daniil Dubov (Rusiya) - Sem Şenklend (ABŞ) Andrey Yesipenko (Rusiya) - Fabiano Karuana (ABŞ) Aniş Giri (Niderland) - Vidit Santoş Qudjarati (Hindistan) Yan-Kşiştof Duda (Polşa) - Sergey Karyakin (Rusiya) Nils Qrandelius (İsveç) - Maqnus Karlsen (Norveç) Rixard Rapport (Macarıstan) - Rameşbabu Praqnanandxa (Hindistan)
Xal durumu: Qudjarati - 3, Yesipenko, Karlsen, Rapport, Məmmədyarov, Van Forest - 2,5, Duda, Praqnanandxa, Karuana - 2, Karyakin, Giri, Dubov, Şenklend, Qrandelius - 1,5.